Ölkə futbolu

Tərlan Əhmədov: “Həddindən artıq çox fit çalırlar”

Bu gün Azərbaycan çempionatında 2-ci turun oyunları çərçivəsində “Kəpəz” AZAL-ı qəbul edib.

İdmanxeber.com-un məlumatına görə, 0:0 bitən matçdan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları deyib:

“Açığı bu
oyunun ağır keçəcəyini əvvəlcədən 
futbolçulara demişdim. Gəncə futbol şəhəridir. Burada böyük futbolçular
yetişib. Azarkeşlərin də oyuna marağı var idi. Futbolçularıma təşəkkür edirəm.
Üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldilər. Keçən ilə nisbətən bu
il AZAL daha güclüdür. İki hücumçu ilə oynasaq da, rəqibi üstünlük əldə etməsi
bizi geri çəkilməyə məcbur etdi.

Oyunun
gedişatında oyunçularımın hərəkətləri məni sevindirdi. Bu günəhval-ruhiyyəmiz
daha yaxşı idi.

Haqqımız
birinci dəfə deyildiki yeyilirdi. Hakim səhvi oldu. Bunu da normal
qarşılayıram. Nazarıçılığım sadəcə mübarizə epizodlarında həddindən artıq çox
fit çalırlar. Bu da tempi aşağı salır. Bizə maraqlıdır ki, bu gərgin mübarizə
epizodlarını futbolçularım 10 dəqiqə saxlaya biləcəkmi. Tək etirazım bunadır.

Müdafiədə
biraz problemlərimiz var. Komandanı daha komplektləşdirmək istəyirəm. Həm də
çalışıram rəqabət yaransın. Xarici futbolçu gətirməkdə məqsədimiz rəqabət
yaratmaqdır”. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43