Ölkə futbolu

Tərlan Əhmədov: “Sanki, stadion lənətlənib”

Topaz Premyer Liqasının 12-ci turunda AZAL “Qəbələ”ni qəbul etdi. Oyun 3-3 hesabı ilə başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov matçdan sonra bu sözləri deyib:

“Çox mübarizəli bir oyun oldu. Çalışdıq ki, rəqibə ilk dəqiqələrdən imkan verməyək. İki xal itirdiyimizə görə təəssüflənirəm. Sanki, stadion lənətlənib. 21 dekabr 2013-cü ildən bəri öz meydançamızda qələbə qazana bilmirik Üstün olduğumuz oyunların son dəqiqələrində qapımızda qol görüb, xallar itiririk. Hərdən məndə futbola qarşı antipatiya yaranır”.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43