İdman

Tərlan Əhmədov və “Neftçi” futbolçuları azarkeşlərlə görüşəcək

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov azarkeşlərlə görüş keçirəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə təcrübəli çalışdırıcı özü xəbər verib. “Neftçi” və “Zirə” matçından sonra jurnalistlərin suallarını cavablandıran Əhmədov gələn həftə azarkeşlərlə görüşəcəyini həmin görüşdə bir neçə futbolçunun da iştirak edəcəyini bildirib.
Yığıncağın məqsədi azarkeşlərlə birgə komandanın son durumunu müzakirə etmək olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43