Ölkə futbolu

Tərzin Cahangirov: “İnter” bizi həqiqətən arxaya çəkilməyə məcbur etdi” – AÇIQLAMA

“Həqiqətən çox ağır olacağını bilirdik və belə də oldu. “İnter” hər zaman çətin rəqib olub. Oynadıqları futbol sistemləri qeyri-adidi. Ancaq biz də “İnter”i yaxşı analiz etmişdik. Bizə də xal lazım idi və “İnter” kimi komandadan səfərdə xal ala bildik”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Sumqayıt”ın futbolçusu Tərzin Cahangirov deyib. 

O, “İnter”lə oyunun ikinci yarısında müdafiəyə çəkilmələrinin baş məşqçinin tapşırığı olmadığını bildirib:

“Mən bir ildir “Sumqayıt”da oynayıram və yadıma gəlmir ki, Aqil müəllim bizə desin arxaya çəkilin. O, hər zaman bizdən baxımlı oyun istəyib. Bizim ikinci hissədə müdafiəyə çəkilməyimiz “İnter”in basqısındandı. 15 dəqiqə “İnter” bizi həqiqətən arxaya çəkilməyə məcbur etdi. Məncə bu da normaldı. Səfərdə oynayırsan və bir xal önəmlidi.”.

Növbəti tur “Sumqayıt” istirahət edəcək. Cahangirov bunun komanda üçün mənfi amil olduğunu bildirdi:

“Bir aydı oyunlar yoxdu. Üç tur sonra bu istirahət olsaydı bizim üçün daha sərfəli olardı. Ancaq bilmək olmaz. Bəlkə də bizə xeyri də ola bilər. Qarşıdakı oyuna daha yaxşı köklənmək baxımından”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43