Argentina millisinin üzvü Karlos Teves Çinin “Şanxay Şenxua” klubu ilə müqavilə imzalayıb.
İdmanxeber.com-un məlumatına görə, müqavilənin şərtlərinə əsasən, 32 yaşlı hücumçu yeni komandasında həftəsinə 615 min avro qazanacaq.
O, bu göstərici ilə həftəsinə 365 min avro alan İspaniyanın “Real” klubunun üzvü Kriştiano Ronaldonu geridə qoyub. Bununla da Tevez dünyanın ən çox məvacib alan futbolçusu olub.