İdman

Tevez söyüşə görə oyundan atıldı – VİDEO

Argentina çempionatının II turu çərçivəsində keçirilən “Boka Xuniors” – “Belqrano” matçında birincilərin ulduz futbolçusu Karlos Tevez sarı vərəqə aldığı epizodda qarşılaşmanın baş hakiminə kəskin şəkildə etirazını bildirib.

 

İdmanxeber.com-un məlumatına görə, referinin bacısını söyən argentinalı buna görə qırmızı vərəqə alıb və meydandan qovulub.
 
Qeyd edək ki, oyun “Boka Xuniors”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43