27 Noyabr 2021
Kateqoriyasız

Teymur Rəcəbov yarımfinalda

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov “Champions Chess Tour” seriyasının “Opera Euro Rapid” onlayn turnirinin yarımfinalına yüksəlib.

O, 1/4 finalda Niderland təmsilçisi Aniş Girini mübarizədən kənarlaşdırıb. Ötən gün baş tutan və 2:2 hesablı heç-heçə ilə başa çatan ilk qarşılaşmadan sonra tərəflər bu gün həlledici görüşü keçiriblər. Rapid oyunları yenə qalibi müəyyənləşdirmək üçün yetərli olmayıb – 2:2. Blitsdə isə Teymur daha üstün olub. Qara fiqurlarla heç-heçə edən təmsilçimiz son qarşlaşmada ağlarla qalib gəlib – 1,5:0,5.

Beləliklə, Teymur adının yarımfinal mərhələsinə yazdırıb. Onun finalın bir addımlığındakı rəqibi ABŞ təmsilçisi Uesli So olacaq.

Yarımfinalın digər görüşündə norveçli Maqnus Karlsen və fransalı Maksim Vaşye-Laqraf üz-üzə gələcək.

“Champions Chess Tour” seriyasında keçirilən ikinci – “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov: “Mən proqnoza inanmıram”

admin

Premyer Liqamızda yeni mövsüm başladı: “Qarabağ”dan qələbə

admin

Rövnəq Abdullayev futzalçılarımızı təbrik etdi

admin