23 Oktyabr 2020
İdman

Teymur Rəcəbovdan ilk qələbə

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Azərbaycanlı qrossmeyster mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında – turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Türkiyənin məşhur serialında “Qarabağ” xareoqrafiyası açıldı – VİDEO

admin

MOİK – “Sumqayıt”: heyətlər

admin

“Qəbələ” son oyunda “Sumqayıt”ın qapısına 300-cü qolu vurub

admin