03 Avqust 2020
İdman

Teymur Rəcəbovdan ilk qələbə

Şahmat üzrə Millətlər Kuboku turnirində qrossmeyster Teymur Rəcəbov ilk qələbəsini qazanıb.

Azərbaycanlı qrossmeyster mübarizə apardığı dünya yığmasının heyətində günün ilk qarşılaşmasında – turnirin doqquzuncu turunda Vladislav Artyomova qalib gəlib. Onun komandası isə Rusiya yığması ilə qarşılaşmanı heç-heçə başa vurub. Turun digər görüşlərində Avropa yığması ABŞ millisinə, Çin komandası Hindistan seçməsi 2,5:1,5 hesabla qalib gəliblər.

Onuncu turda isə dünya yığması Avropa komandasını sınağa çəkəcək. Bundan başqa isə Rusiya-Hindistan, Çin-ABŞ görüşləri də keçiriləcək.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

ÖZƏL! “Kəpəz” “Neftçi”ni evdə qəbul edir, sonrakı oyunun məkanı yenə dəyişdirildi!

admin

Rio-2016: Bu gün mübarizə aparacaq idmançılarımızın təqvimi

admin

Donald Gerye qonşuları ilə küçədə futbol oynadı – VİDEO

admin