Kateqoriyasız

Teymur Rəcəbovun növbəti sınağı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı qrossmeyster VI turda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gələcək. Rəcəbov bu partiyada ağ fiqurlarla mübarizə aparacaq.

Teymur I, III, lV, V turlarda, müvafiq olaraq, Fransa təmsilçisi Alireza Firuzca, FIDE bayrağı altında yarışan Yan Nepomnyaşi, polşalı Yan-Kşiştof Duda və çinli Dinq Liren ilə heç-heçəyə razılaşıb, II turda isə ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Lider 3,5 xala sahib Yan Nepomnyaşidir.

İddiaçılar Turniri
VI tur

Teymur Rəcəbov (Azərbaycan) – Rixard Rapport (Macarıstan)
Alireza Firuzca (Fransa) – Fabiano Karuana (ABŞ)
Hikaru Nakamura (ABŞ) – Dinq Liren (Çin)
Yan Nepomnyaşi (FIDE) – Yan-Kşiştof Duda (Polşa)

Xal durumu: Nepomnyaşi – 3,5, Karuana – 3, Nakamura, Rapport, Duda – 2,5 Liren, Rəcəbov, Firuzca 2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Netçi”dən 2 illik almışdılar, 6 ay sonra qaytardılar

admin

“Keşlə”nin Abanqa verdiyi PUL CƏZASI

admin

Mahir Emrelini transfer etmək istəyən klublar bilindi: “Qarabağ”a təklif göndərildi

admin