İdman

Teymur Rəcəbov İddiaçılar Turnirindən imtina etdi

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu ay Rusiyanın Yekaterinburq şəhərində keçiriləcə İddiaçılar Turnirində iştirakdan imtina edib.

Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı məlumat yayıb.

Rəcəbovun şəxsi səbəblərə görə bu addımı atdığı bildirilib. FİDE Rəcəbovu reytinq siyahısında daha öndə olan fransalı Maksim Vaşye-Laqravla əvəzləyib.

Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirinə Dünya Kubokunun qalibi kimi vəsiqə qazanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43