Kateqoriyasız

Teymur Rəcəbovun növbəti sınağı Dudaya qarşı

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

İdmanxeber.az xəbər verir ki, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.

Aktivində 1 qələbəsi olan Rəcəbov 10 turdan sonra 4,5 xalla 5-ci sıradadır. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir.

İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43