Ölkə futbolu

“Təyyarəçilər” “Qarabağ”la oyuna itki ilə çıxacaq

AZAL Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”ı qəbul edəcək.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “təyyarəçilər” artıq oyuna hazırlığı başa vurub və matç saatını gözləyirlər.

Ötən gün baş tutan məşqdə zədəli futbolçular – Eduardo və Luis Ramos, eləcə də özünü narhat hiss edən Kamal Bayramov iştirak etməyib. Əvəzində cəzalı durumda olan Viktor İbekoyi komanda ilə birgə çalışıb. Əsasən toplu çalışmaların üstünlük təşkil etdiyi məşq ikitərəfli oyunla yekunlaşıb. 

Qeyd edək ki, AZAL – “Qarabağ” oyunu bu gün saat 15:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43