Dünya futbolu

TFF Merihin cəzası üçün CAS-a müraciət edəcək

Türkiyə Futbol Federasiyası (TTF) UEFA-nın millinin müdafiəçisi Merih Dəmiralı  iki oyunluq cəzalandırdığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə “Milliyet” nəşri xəbər yayıb. Qeyd olunur ki, CAS matç günü günorta saatlarına qədər işə baxacaq və qərar verəcək.

26 yaşlı türk Avro-2024-ün 1/8 finalında Avstriya ilə oyunda (2:1) sonra azarkeşlərə “bozqurd” işarəsi edib.

Türkiyə 1/4 finalda Niderland millisi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 6-da, saat 23:00-da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43