Ölkə futbolu

Tieqo: “Biz ölkənin ən güclü klubuna qarşı oynadıq”

“Neftçi”yə uduzsaq da, ilk hissədən fərqli, ikinci yarıda daha yaxşı oynadıq. Biz  ölkənin ən güclü klubuna qarşı oynadıq. Bunu unutmaq lazım deyil. Heyif ki, sonda məğlub olduq. Matçın taleyini bir qoll həll etdi ki, bizim də imkanlarımız var idi. Fərqlənə bilmədik”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın futbolçusu Tieqo de Xesus deyib.

Cənub klubunun braziliyalı müdafiəçisi bu yenilginin kubok oyunlarında onlara əlavə bir motivasiya olacağını düşünür:

“Əslində bu cür yenilgilər bizi kubok oyunlarına yaxşı motivasiya edəcək. Komandamızın heyətində təcrübəli futbolçular var. Kubok bizim avrokuboklara getməyimiz üçün son şansdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43