Dünya futbolu

Timo Vernerdən Mesut Özilə: “Milliyə geri dön”

“Milliyə geri dön”

İrqçi ifadələrə görə Almaniya milli komandasındakı karyerasını başa vuran türk əsilli futbolçu Mesut Özilə Timo Vernerdən dəstək gəlib. “Leypziq” komandasının futbolçusu sosial şəbəkə hesabından Mesut Özilə “Milli komandaya geri dön” çağrısını edib. O, əlavə olaraq Mesutun komandada hamının hörmətini qazanmış oyunçu olduğunu və geri döndüyü təqdirdə hər kəsin çox sevinəcəyini bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43