Milli komanda

Tino Perezdən qələbə şərhi

“Yaxşı oynadıq. İstər müdafiədə, istərsə də hücumda nümayiş etdirdiyimiz oyundan razı qaldım. Rəqibin də etmək istədiklərini sanki əvvəlcədən bilərək  önləyici tədbirlər görməyi bacardıq”. 

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə,  bu sözləri futzal millimizin baş məşqçisi Tino Perez  dünya çempionatının seçmə mərhələsinin play-off  mərhələsinin Hollandiya ilə ilk oyunundan (5:1) sonra deyib.

İspaniyalı mütəxəssis mərhələ adlamaq üçün növbəti oyunda da bu cür mübarizə aparmaq lazım olduğunu bildidib: “Bununla belə, sakitləşmək, cavab oyununa rahat çıxmaq olmaz. Bakıdakı qarşılaşmada da, ən azı, bugünkü kimi aqressiv və istəkli olmalıyıq. Yalnız cavab oyununda sərfəli nəticə əldə edə bilsək, dünya çempionatına vəsiqə qazanmağımızı yüksək əhval-ruhiyyə ilə qeyd edə bilərik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43