Kateqoriyasız

Tiranadan bəd xəbər: “Qarabağ”da ciddi itkilər

Çempionlar Liqasınəın I təsnifat mərhələsi çərçivəsində bu gün Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq “Qarabağ”da ciddi itkilər var.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun heyətində Bədavi Hüseynov zədəli olduğundan bugünkü oyunu buraxacaq. Onun hətta albanlarla cavab matçəında da meydana çıxması gözlənilmir. Bundan başqa Haiti millisinin heyətində olan Donald Gerye və yeni transfer, cəzalı Ailton Silva da bu gün meydana çıxmayacaq.

“Köhlən atlar” Makdim Medvedev, Rəşad Sadıqov, Abbas Hüseynov və Rahil Məmmədov “dördlüsü” ilə müdafiədə qərarlaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43