Kateqoriyasız

“Titul uğrunda mübarizədə önəmli xalları Emreli gətirdi”

Oman milli komandasının baş məşqçisi Branko İvanoviç “Dinamo”nun və millimizin forvardı Mahir Emreli barədə danışıb.

O, Xorvatiya çempionatının ardıcıl ikinci oyununda qol vuran Emreli barədə bunları deyib:

“Arsen Venger deyirdi ki, “ən yaxşı futbolçu olsa belə, onun adaptasiyası üçün minimum 8-10 ay vaxt lazımdı”. Deyəsən, Emreli üçün Vengerin dediyindən daha az vaxt lazım oldu. Axı o, bura tamam başqa mühitdən, həm titulların, həm də tez-tez qol vurmasını gözlənilən kluba gəlib.

“Riyeka” ilə matçda meydana ehtiyat skamyadan daxil olaraq qol vurdu. Bu da “Dinamo”nun geridönüşünün başlanğıcı oldu. Bəlkə də titul uğrunda mübarizədə önəmli xalları Emreli gətirdi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43