16 Sentyabr 2024
İdman

Tofiq Abasov – 100!

Bu gün Azərbaycan basketbolunun inkişafında əvəzsiz rolu olan Tofiq Abasovun 100-cü ildönümü tamam olur. 

1924-cü ilin yanvar ayının 11-də Bakı şəhərində anadan olmuş Abasov 1951-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir. Bundan cəmi 1 il sonra – 1952-ci ildə basketbol üzrə milli komandanın baş məşqçisi təyin olunmuş Tofiq Abasov 25 il yığmaya rəhbərlik etmişdi. O, 1976-cı ildən 1996-cı ilə kimi  Azərbaycan Basketbol Federasiyasının prezidenti kimi fəaliyyətini davam etdirmişdi.

Böyük Vətən müharibəsinin iştirakçısı olmuş Abasov 1947–51-ci illərdə basketbol üzrə dəfələrlə Azərbaycan çempionu olmuşdur.

O, həmçinin Qırmızı Bayraq, I dərəcəli “Vətən müharibəsi” ordenləri ilə təltif olunmuşdur.

Ölkə basketboluna əvəzsiz xidmətləri olan Tofiq Abasov 2005-ci il fevral ayının 21-də Bakı şəhərində vəfat etmişdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43