Müsahibə

“Tofiq Bəhramov”da oynamağı sevirəm” – Ozobiç

Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə keçirilən matçdan (2:0) sonra “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç jurnalistlərin suallarını cavablandırıb…

– Oyun haqda nə deyə bilərsiz?
– Çətin alındı. “Partizani” bizə çətinliklər yaratdı. Yaxşı rəqiblə qarşılaşırdıq. Taktiki cəhətdən və müdafiədə çox yaxşı oynadılar.

– İlk hissədə qol vura bilməməyinizin səbəbi nə oldu?
–  Əsas odu ki, lazım olan qolları ikinci hissədə vurub, qələbə qazanmağ bacardıq.

– Baş məşqçi Qurban Qurbanov fasilədə hansı tapşırıqları verdi?
– Bildirdi ki, sakit oynamaq lazımdı, hər şey yaxşı olacaq.

– Başla vurduğunuz qol “Qarabağ”ın mərhələ adlamasına kömək oldu…
– Uzun müddət idi başla qol vurmurdum (gülür). Ancaq ən önəmlisi qələbə qazanmaq idi. İndi II təsnifat mərhələsini gözləyirik.

– Növbəti mərhələdəki rəqibiniz “Dandolk” barədə məlumatınız varmı?
– Hələ ki, xeyr. Ancaq öyrənəcəyik. Yaxşı hazırlaşmaq lazımdı.

– “Partizani”nin II mərhələdəki rəqibdən güclü olduğunu düşünənlər var. Siz bu barədə hansı fikirdəsiniz?
– Bunu deyə bilmərəm. Hər mərhələdə çətin rəqib olur. Əsas bu matçlara yaxşı hazırlaşmaq və baxımlı oyun göstərməkdi.

– “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi real görünür?
– İndi bu barədə danışmaq üçün erkəndi. Oyundan-oyuna, mərhələdən-mərhələyə irəliləmək lazımdı. Sonrasını birlikdə görəcəyik.

– “Qəbələ”də olarkən “Dalğa Arena”da avrokubok matçına çıxmısınız…
– Bəli, “Maribor”a qarşı burda oynamışam. Ancaq “Tofiq Bəhramov”da oynamağı sevirəm. Hələ ki, “Dalğa Arena”dayıq. Sonra necə olacaq, bilmirəm. Stadionla bağlı bir problemimiz yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəşad Sadıqov: “İlk oyunlarda Reynaldoya gülürdülər” (MÜSAHİBƏ)

admin

Elxan Məmmədov: “Gəlin, qızıl medal qazanmağımızdan həzz alaq”

admin

Tuyqun Nadirov: “15-16 yaşlı oyunçularımız “Neftçi”nin bütün futbolçularına dərs keçdi” (MÜSAHİBƏ)

admin