Kateqoriyasız

Tofiq Musayev “Bellator”dakı ilk döyüşündə qələbə qazanıb

MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da debüt edib.

İdmanxeber.az-ın məlumatına görə, ABŞ-ın paytaxtı Vaşinqtonda rinqə çıxan idmançının rəqibi ABŞ təmsilçisi Sidney Autlou olub.

Musayev ilk raunddaca məşhur döyüşçünü nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43