12 Avqust 2020
İdman

Toğrul Əsgərov Avropanın ən yaxşı idmançısı seçildi (VİDEO)

2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

İdmanxeber.com-un Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, idmançı Avropa qitəsi üzrə "Ən yaxşı kişi atleti" adına layiq görülüb.

26 oktyabr tarixindən öz işinə başlayan assambleyada gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edir.

Milli Olimpiya Komitələri Assosiasiyası 206 olimpiya komitəsini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması mərasimi keçirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İdmançımızın Olimpiadadakı nəticəsi ləğv edildi

admin

FİFA “Trabzonspor”a qoyduğu transfer qadağasını götürüb

admin

İngiltərə çempionatında qeyri-adi hadisə – FOTO

admin