Kateqoriyasız

Tokio-2020: Daha bir cüdoçumuz mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Murad Fətiyev bu gün Yay Olimpiya Oyunlarında debüt çıxışına başlayıb.

81 kq çəki dərəcəsində yarışan idmançımız 1/16 finalda Syerra-Leone idmançısı Fredrik Harrislə qarşılaşmalı idi.

Lakin hələlik bəlli olmayan səbəblərdən Fətiyevin rəqibi tatamiyə çıxmayıb və hakim texniki qələbəni Azərbaycan idmançısına verib.

Murad 1/8 finalda Monqolustan idmançısı Səid Mollaye ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda Mollaye vazari xalı ilə qalib gəlib. Bununla da Fətiyev Tokio-2020-də çıxışını başa vurub.

Xatırladaq ki, daha əvvəl yarışa qatılan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.) və Rüstəm Orucov (73 kq.) da mübarizəni medal qazanmadan başa vurublar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43