28 Noyabr 2022
İdman

Tokio-2020: İdmançımız 15-ci oldu, mübarizəni dayandırdı

Azərbaycan atleti Nazim Babayev Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxışlarını başa vurub.

İdmanxeber.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan idmançı sonuncu cəhdində 16,72 metr nəticə göstərib. Babayev bu göstərici ilə finala vəsiqə qazanmaq şansını itirib.

O, A qrupunda 16 idmançı arasında 8-ci, yekunda isə 32 idmançı arasında 15-ci yeri tutub.

İki qrupun nəticəsinə əsasən ilk 12 pillənin sahibi finalda iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

Həmvətənlilərimizin təşkil etdiyi futbol turniri başa çatdı – FOTO

admin

Prosineçki “Qarabağ”ı ziyarət etdi

admin

Bu günün matçları: Hansı oyun, hansı kanalda?

admin