Kateqoriyasız

Tokio-2020: Ruslan Lunyov mübarizəni dayandırdı

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

İdmanxeber.az-ın məlumatına görə, kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçma yarışında çıxış edən idmançı ikinci təsnifat mərhələsində 286 xal toplayıb.

O, ilk gündə 281 xal qazanmışdı. Yekunda 567 xal toplayan Lunyov 21-ci yeri tutub və finala yüksəlmək şansını itirib.

Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43