28 Sentyabr 2021
İdman

Tokio-2020: Taekvondoçularımızın ilk rəqibləri müəyyənləşdi

Azərbaycan taekvondoçularının Tokio-2020 Yay Olimpiya Oyunlarındakı ilk rəqibləri bəlli olub.

Bu haqda Taekvando Federasiyasının mətbuat xidməti məlumat yayıb. 80 kq çəki dərəcəsindəki Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taybeyini təmsil edən Vey-Tinq Liu ilə üz-üzə gələcək. 67 kq. çəkidə yarışan qadın taekvondoçumuz Fəridə Əzizova isə Peyc Makfersonla (ABŞ) görüşəcək. Taekvonda yarışlarına iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.

Qeyd edək ki, Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

admin

Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək 32 milli komanda – SİYAHI

admin

AFFA İnqilab və Orxan Məmmədovların “sarı”sını ləğv etdi

admin