İdman

Tokioda Azərbaycan yarımfinalı

Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Bu gün mübarizəyə 3 idmançımız qoşulub.

57 kq çəkidə çıxış edən İçinxorloo Munxtsedev ilk görüşdə Miryam Roperə (Panama) uduzub.

73 kq çəkidə çıxış edən Hidayət Heydərov və Rüstəm Orucov isə mundialın yarımfinalına yüksəliblər.

Orucovla Heydərov yarımfinalda bir-birinə rəqib olublar. Bu isə o deməkdir ki, təmsilçilərimizdən biri finalda olacaq və ən pis halda dünya çempionatının gümüş medalını qazanacaq. Bir sözlə, Azərbaycan yığması dünya çempionatında ilk medalını təmin edib.

Rüstəm Orucov ardıcıllıqla Vadzim Şoka (Belarus), Georgios Markariyan (Yunanıstan), Konstantin Qabun (Kanada) və Tohar Butbulu (İsrail) məğlub etməklə yarımfinala adlayıb.

Eyni çəkidə yarışan Hidayət Heydərov Friqyes Zabo (Macarıstan), Musa Moquşkov (Rusiya), Erik Ham (Böyük Britaniya) və Bəhruz Xocazodanı (Tacikistan) məğlub edib.

İlk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları – Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43