08 Sentyabr 2024
Dünya futbolu

Toni Kroos A Seriyasına keçə bilər

“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını A Seriyasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə “Yuventus” maraqlanır. Klub qış transfer pəncərəsində almaniyalını almaq istəyir.

Yarımmüdafiəçinin “Real”la müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Kroosun transfer qiyməti 14 milyon avrodur. Cari mövsümdə 33 yaşlı futbolçu 18 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43