10 Dekabr 2018
Ölkə futbolu

Topaz Premyer Liqasının VII turuna yekun vuruldu – Günün nəticələri

Topaz Premyer Liqasının 7-ci turuna start verilir.

İdmanxeber.az-ın məlumatına görə, turun açılış görüşündə “Zirə” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.

Digər oyunda “Sumqayıt” “Səbail”in qonağı olub. Ev sahibi komanda görüşün taleyini ilk hissədə vurduğu qollarla həll edib – 2:0.

Qeyd edək ki, matçın 9-cu dəqiqəsində “Səbail”in hücumçusu Ruslan Qurbanov penalti imkanından yararlana bilməyib.

Turun mərkəzi qarşılaşmasında isə lider “Neftçi” 4-cü pillədə yer alan “Sabah”la üz-üzə gəlib. “Bakcell Arena”da keçirilən qarşılaşmda “Neftçi” 2:0 hesabı ilə qalib gələrək növbəti qələbəsini qazanıb.

Qeyd edək ki, “ağ-qaralar”ın heyətində Slavko Braliç oyunun 76-cı dəqiqəsində ikinci sarıdan qırmızı alaraq meydandan qovulub.

7-ci turda “Qarabağ”ın “Keşlə” ilə səfər matçı 31 oktyabra təxirə salınıb.

5 oktyabr (cümə)

18:00. “Zirə” – “Qəbələ”  1:0 

QOL: Miloş Radivoyeviç, 85
Hakimlər:
 Rauf Cabbarov, Nahid Əliyev, Elşad Abdullayev, Səbuhi Bayramov
Dalğa Arena

19:00. “Səbail” – “Sumqayıt” 2:0  

QOLLAR: Fəhmin Muradbəyli, 4  (1:0), Ruslan Qurbanov, 30 (2:0)
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Vüqar Həsənli
Bayıl Arena

20:15. “Neftçi” – “Sabah”  2:0 

QOLLAR: Emin Mahmudov, 9, Qoran Paratski, 62 (2:0)
Hakimlər:
 Orxan Məmmədov, Yaşar Abbasov, Akif Əmirəli, Nail Nağıyev
Bakcell Arena

 

 

Oxşar xəbərlər

“Qəbələ” “Neftçi” ilə oyuna hazırlaşır – VİDEO

admin

“Sumqayıt”da son durum

admin

PFL bir matçın başlama vaxtını dəyişdi

admin