10 Dekabr 2018
Ölkə futbolu

Topaz Premyer liqasının rəmzi komandası açıqlanıb – FOTO

Topaz Premyer Liqada VII turun rəmzi komandası açıqlanıb.

İdmanxeber.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, “İnstat sport”un təhlilinə əsasən, “11-lik”də “Zirə” və “Neftçi”dən 3, “Qəbələ“ ilə “Səbail”dən 2, “Sumqayıt”dan isə 1 futbolçu yer alıb.

Qeyd edək ki, “Neftçi”nin qapıçısı Səlahət Ağayev bu mövsüm 4-cü dəfə rəmzi komandaya düşüb. Bundan başqa, Şəhriyar Əliyev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi) və Ceyms Adeniyinin (“Qəbələ”) adı ikinci dəfə bu siyahıda yer alıb. Digər futbolçular isə ilk dəfə siyahıya düşüb.

Qapıçı: Səlahət Ağayev (4) (“Neftçi”)

Müdafiəçilər: Miloş Radivoyeviç (“Zirə”), Voislav Stankoviç (“Qəbələ”), Şəhriyar Əliyev (2) (“Sumqayıt”), İlkin Qırtımov (“Zirə)

Yarımmüdafiəçilər: Sadio Tounkara (“Zirə”), Emin Mahmudov (2), Soni Mustivar (hər ikisi “Neftçi”), Fəhmin Muradbəyli (“Səbail”)

Hücumçular: Ceyms Adeniyi (2) (“Qəbələ”), Ruslan Qurbanov (“Səbail”)

Qeyd edək ki, 7-ci turun “Keşlə” – “Qarabağ” matçı təxirə salındığından, bu komandalardan heç bir futbolçu rəmzi yığmada yer almayıb

Oxşar xəbərlər

“Xəzər Lənkəran” – “İnter” matçının yeri dəyişdirildi

admin

“Qarabağ” “Sumqayıt” üçün

admin

Qriqorçuk: “Cavidə həsr etdiyimiz matçda qalib gəldik”

admin