Dünya futbolu

“Topçular”dan növbəti transfer – Rəsmi

Bir neçə gün öncə Yaponiya millisinin gənc futbolçusu Takuma Asano ilə “Arsenal”ın maraqlandığını bildirmişdik.

İdmanxeber.com-un məlumatına görə, 21 yaşlı hücumçu artıq London klubu ilə müqavilə imzalayıb.

Müqavilənin şərtləri gizli tutulsa da, futbolçunun tibbi nəzarətdən keçdikdən sonra müqavilənin müddəalarının açıqlanacağı gözlənilir.

“Topçular”ın baş məşqçisi Arsen Venqer isə oyunçu haqqında bunları söyləyib:”Takuma çox istedadlı hücumçudur və onu böyük gələcək gözləyir. O, Yaponiyadakı kariyerasına çox yüksək səviyyədə başladı. Onun növbəti illərdə inkişafını birgə görəcəyik”.

Qeyd edək ki, Asano Yaponiya liqasında “Sanfress Xirosima” klubunda çıxış edirdi.

mənbə: goal.com\en 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43