Kateqoriyasız

“Topdan zövq alanda işlər də qaydasında gedir” – Mahir Emreli

“Hələ matçdan əvvəl demişdim ki, bu oyundan təkcə azarkeşlər yox, futbolçular da zövq almalıdır. Bu, cəmi 90 dəqiqəlik şou idi. Komandama qələbə qazandırdığım üçün xoşbəxtəm. Yaxşı oynadıq, sonadək mübarizə apardıq və üç xal əldə etdik. Hər kəsi təbrik edirəm”

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri millimizin və “Legiya”nın futbolçusu Mahir Emreli “Lester” üzərində qələbəni şərh edərkən deyib.

O, daha sonra sözlərinə belə davam edib:

Çərçivəni görən kimi topa zərbə vurdum. Belə də lazım idi. Kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, qalib gəldik.

Matçdan öncə heç bir komanda yoldaşım rəqibdən çəkinmirdi. Əlbəttə, onlara hörmət edirik. “Lester” əla komandadır. Amma müasir futbolda hər şey mümkündür. Hamımız eyni fikirdə idik: biz illərdir gözlədiyimiz şey uğrunda mübarizə aparırıq. Topdan zövq alanda işlər də qaydasında gedir”.

“Legiya” ilk 2 turdan sonra maksimum nəticə ilə C qrupuna başçılıq edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43