Ölkə futbolu

Toqo millisinin hücumçusu “Keşlə”də

Paytaxt təmsliçi heyətinə daha bir oyunçu qatıb.

Təxminən bir həftədir “Keşlə” klubunun düşərgəsində baxışda olan Toqo millisinin sabiq hücumçusu Jonatan Eite məşqçilər korpusundan müsbət rəy alıb. Əldə etdiyimiz məlumata görə, futbolçu ilə yaxın günlərdə mövsüm sonuna qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, 33 yaşlı futbolçu ötən mövsüm “Samsunspor”da oynayıb və 20 oyuna 3 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43