Dünya futbolu

“Torino” huücumçusuna 100 milyon avro qiymət qoydu

“Torino” hücumçusu Andrea Belotti ilə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, yeni müqavilənin müddəti 2021-ci ilədək nəzərdə tutulub. Bu müddət ərzində hücumçunu transfer etmək istəyən klub 100 milyon avrosundan keçməli olacaq.

Qeyd edək ki, cari mövsüm “Torino”nun heyətində 15 oyun keçirən 23 yaşlı hücumçu 11 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43