Kateqoriyasız

Toşak “Bakcell Arena”ya getməkdən son anda imtina etdi, Mənsimov Şüvəlana gedir

Dünən keçirilən “Neftçi” – “Sumqayıt” matçını “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak da izləməli idi. Lakin uelsli mütəxəssis qarşılaşmanın canlı yayımlanacağını elə “Şəfa” stadionunda izlədiyi “İnter” – “Bakı” oyununda xəbər alınca “Bakcell Arena”ya getmək fikirindən son anda daşınıb.

Bu barədə klubun mətbuat xidmətindən idmanxeber.com-a məlumat verilib.

Bundan əlavə bu gün keçiriləcək AZAL – “Xəzər Lənkəran” matçını izləyənlər arasında Cənub klubunun prezidenti Mais Mənsimov da olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43