Premyer Liqa

Toşak: “Bilirəm, Lənkəran əhalisi çox məyusdu”

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak "Qəbələ"yə məğlubiyyəti şərh edib.

Uelsli mütəxəssis yenilgi haqda bunları deyib:

"Artıq neçəndi görüşdür yaratdığımız çoxlu qol imkanlarından yararlana bilmirik. Bu da istənilən halda, futbolçulara çox pis təsir edir.  Qol vura bilməmək futbolçularda gərginlik yaradır. Bilirəm, Lənkəran əhalisi çox məyusdu. Nəticəyə baş məşqçi cavabdehdi. Mənim üçün də çox ağırdı, çünki rəhbərlik etdiyim komanda hazırda bu vəziyyətdədi. Günahı bir futbolçunun, Junior Nildonun üzərinə atmaq istəmirəm. Futbol komanda oyunudu və uğursuzluqda bütün komandanın günahı var”

apasport.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43