Ölkə futbolu

Toşak bir futbolçunun “qələmini qırdı”: böyük ümidlərlə alınan futbolçu göndərilir – EKSKLÜZİV

Premyer Liqaya uğursuz start götürən "Xəzər Lənkəran" göstərdiyi peormansla azarkeşlərini üzməyə davam edir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Cənub klubunun baş məşqçisi Con Toşak yaranmış vəziyyətdən çıxış yolu axtarır. Məhz buna görə də, "ağ-yaşıllar" qış fasiləsində bir neçə futbolçu ilə yollarını ayıra bilər. 

Lənkəran təmsilçisinin ilk ola salacağı futbolçu isə Uğur Pamuk olacaq. Daha doğrusu 3 oyundur ki, adı "18"liyə belə düşməyən Pamuk qış fasiləsində icarəyə veriləcək. 

Onun "Rəvan"a müvəqqəti verilməsi də, əldə etdiyimiz məlumat arasındadır.

Qeyd edək ki, Uğur Pamuk "Sumqayıt"dan "Xəzər Lənkəran"a transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43