Ölkə futbolu

Toşak hansı futbolçunu izləyəcək?

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak keçmiş komandaları olan Uels və Makedoniya milliləri arasında keçiriləcək matçı stadiondan izləyəcək.

Bu oyunda Lənkəran təmsilçisinin futbolçusu Nikola Qliqorovun Makedoniya yığmasının heyətində meydana çıxacağı gözlənilir. Yəni ki, bu oyunda Toşak tabeçiliyində olan Qliqorovu daha yaxından izləyəcək.

Təcrübəli mütəxəssis sabah Azərbaycana dönəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43