Ölkə futbolu

Toşak: “Nildonun Superkubokda oynamaq şansı azdır”

Topaz Premyer Liqasının 10-cu turunda “Simurq” ev oyununda “Xəzər Lənkəran”ı qəbul etdi. Əzmkar oyun göstərən cənub təmsilçisi oyundan qalib ayrıldı – 2:1. Oyundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

Georgi Çixradze:“Oyun qarşılıqlı hücumlarla keçdi. İlk hissənin başlanğıcında qol vurduq, fasiləyə üstün getdik. İkinci hissədə isə oyunçumuz zədəli olan vaxt qapımızdan qol buraxdıq. Artıq 3-cü turdur ki, oyunçumuz qırmızı vərəqə alır, azlıqda qalırıq. Qırmızı vərəqədən sonra bizə oynamaq çətin olsa da, hücumlarımızı davam etdirdik”.

Con Toşak: “İlk 15 dəqiqədə bərbad oynadıq. Rəqib qol vurduqdan sonra qapalı futbol oynadı. “Simurq”un müdafiə xəttini yarmaq çox çətin idi. Sakkonini əvəzləmək düzgün addım idi. Tounkara, Mbilla və Ramazanovla müxtəlif hücum variantlarına əl atdıq. İkinci hissədə üstün tərəf idik, qalib gəlmək üçün əlimizdən gələni etdik. Nildo diz bağlarından zədələnib, onun Superkubokda oynamaq şansı azdır. “Neftçi”yə qarşı iki dəfə oynamışıq və heç birində məğlub olmamışıq. Superkuboku Lənkərana aparmaq yaxşı olar”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43