Ölkə futbolu

Toşak qələbədən çox bu amilə sevinir

Bu gün AZAL-ı məğlub etməklə cari mövsümdə ikinci qələbəsini qazanan “Xəzər Lənkəran”da üzlər gülür.

Hətta Cənub klubunun uelsli mütəxəssisi Con Benjamin Toşak ən çox qələbəyə deyil, Junior Nildonun qol vurmasına sevindiyini gizlətməyib. Təcrübəli çalışdırıcı çempionatın startından bu yana daim qol vurmağa can atan Nildonun sabiq komandası ilə oyunda dubl etməsini belə şərh edib:

Mən daha çox Junior Nildoya görə sevinirəm. Mərkəz hücumçumuz neçə oyundur qol imkanları olsa da, fərqlənə bilmirdi. O, qol vurmaq üçşün əlindən gələni ediri və bu gün 2 qol vurdu“.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43