Ölkə futbolu

Toşak qərarını verdi: Elnur Allahverdiyev qovuldu!

“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak millimizin də üzvü olan Elnur Allahverdiyevlə bağlı son qərarını verib. Uelsli mütəxəssis bu gün klub rəhbərliyi ilə hesabat xarakterli görüşündə fikrini dəyişməyəcəyini bildirib.

Allahverdiyevin komandada nizam-intizamı pozduğunu əsas gətirən Toşak onun çıxışından da razı deyil.

Qeyd edək ki, Allahverdiyev hazırda milli komanda ilə birgə İsraildədir. Çox güman yığmamızın İsraillə sabahkı oyunundan sonra “Xəzər Lənkəran” Elnur haqda rəsmi məlumat yayacaq.

Apasport.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43