Müsahibə

Toşakın göndərdiyi, Dənizlinin qaytardığı futbolçu azarkeşlərə səsləndi: “Stadiona gəlsinlər…” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın gənc futbolçusu Kazım Kazımlının idmanxeber.com-a müsahibəsi.

– Keçmiş baş məşqçiniz Con Toşak səni əvəzedici heyətə göndərmişdi. Səbəb nə idi?

– Bu barədə heç nə deyə bilmərəm. O, məşqçinin öz işidi.

– Toşakın səninlə şəxsi problemi var idimi?

– Xeyr. (Gülür)

– Mustafa Dənizlinin səni heyətə qaytarması, sənə inamı idimi, yoxsa burada başqa amillər rol oynadı?

– Onu deyə bilmərəm. Yəqin ki, oyunumu bəyənmişdi.

– Az-az meydana çıxırsan. Komandadan ayrılmaq fikrin var?

– Bu haqda gələcəkdə danışmaq olar. "Xəzər Lənkəran" mənə doğmadı.

– Başqa klublarımızdan təklif almısan?

– Bunu açıqlamasam olar?

– Niyə açıqlamaq istəmirsən?

– Hələ tezdi…

– Öyrəndiyimizə görə, Lənkərana qar yağıb. Məşqi harada keçdiniz?

– Məşqdə iştirak etməmişəm, deyə bilmərəm. 

– Niyə iştirak etməmisən?

-Biraz zədəm var.

– Azarkeşlərə demək istədiyin nəsə var?

– Stadiona gəlsinlər, bizə inansınlar. İnşallah qələbələrimizlə onları sevindirərik.

 

AZƏR AXUNDLU

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43