Ölkə futbolu

Toşakın “qara siyahı”sına düşdü: “Xəzər Lənkəran” bir futbolçusunu göndərir

“Xəzər Lənkəran” qış transfer dönəmində bir futbolçu ilə yollarını ayıra bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, bu Nikola Qliqorovdu.

Cənub klubunun baş məşqçisi Con Toşakın istəyi ilə Lənkərana gətirilən Makedoniya millisinin oyunçusu artıq bu klubdan ayrılmaq üçün transfer pəncərəsini gözləyir. “Ağ-yaşıllar”a transferindən bu yana heç də yaxşı oyun sərgiləməyən makedoniyalı Toşakın “qara siyahı”sına düşüb.

Bunun məntiqi nəticəsi kimi Qliqorov son 6 turda cəmi 12 dəqiqə meydanda olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43