Kateqoriyasız

Toşakın Tounkaraya verdiyi “işgəncə” – FAKT

“Xəzər Lənkəran” ardıcıl 2 qələbədən sonra dünən “İnter”ə gözlənilmədən məğlub oldu. 

Keçirdiyi 8 oyunda cəmi 9 xal toplayan Cənub klubunun baş məşqçisi Coin Toşak uçurumda olan komandanı çıxartdı deyə fikirləşdiyimiz anda, yenə məğlubiyyət qaçılmaz oldu.

Bu məğlubiyyəti və ümumilikdə itirilən xalları bir çox nüanslara bağlamaq olar. Ancaq sizə təqdim edəcəyimiz bir məqam daha çox diqqətimizi çəkdi. Dünənki oyunun ikinci hissəsinin ilk dəqiqələrində (46-ci dəqiqədə) meydana çıxan Tounkarayla bağlı bir maraqlı məsələni diqqətinizə çatdırım. Deməli, bu klubların dünən baş tutan oyunundan bir gün öncə əvəzediciləri qarşılaşıblar. Sözügedən oyun meydan sahiblərinin qələbəsi ilə (2:0) yekunlaşıb. Bu oyunda Sadio Tounkara əsas heyətdə meydana çıxıb və bir qol da vurub.

Maraqlı məqam isə ondan ibarətdir ki, Tounkara sabahsı keçirilən əsas komandaların matçında da meydana çıxdı. Toşak iki gün ard-arda oynatdığı futbolçudan nə gözləyir? Və ya Tounkara belə enerjili futbolçudur ki, onu iki gün ard-arda oynadır? 

Ümumiyyətlə Toşakın bu qərarı başadüşülən deyil. Hə, deyə bilərsiniz ki, əsas heyətdə güclənə bilməyən Tounkaranın formasdan uzaqlaşmaması üçün Toşak bu addımı atır. Ancaq bu düzgün bir strategiyda deyil. Daha doğrusu əvəzedicilərlə əsas heyət komandalarının arasında azə bir gün vaxt olsaydı, hə, sizin dediyiniz kimi olardı. Ancaq indiki məqamda Toşakın nə etmək istədiyi məlum deyil.

SƏXAVƏT


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43