“Tottenhem” yarımmüdafiəçisi Tanquy Ndombelenin komandadan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı fransalı ilə müqaviləyə tərəflərin razılığı ilə xitam verilib.
Ndombele 2019-cu ildən “Tottenhem”də çıxış edir. O, londonluların heyətində 91 oyuna çıxıb, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
Ötən mövsüm yarımmüdafiəçi icarə əsasında “Qalatasaray”da çıxış edib.