20 Sentyabr 2024
Ölkə futbolu

“Tottenhem” – “Qarabağ” matçının bilet qiymətləri açıqlandı

“Tottenhem” – “Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsi I tur matçının bilet qiymətləri bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, biletlərin qiyməti böyüklər üçün 30 (təxminən 66,9 manat), 18 yaşdan kiçik şəxslər üçün 10 funt sterlinq (22,3 manat) olacaq.

Qeyd edək ki, sentyabrın 26-da baş tutacaq “Tottenhem” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43