Kateqoriyasız

“Tottenhem”in baş məşqçisi bəlli oldu

“Tottenhem” klubunun baş məşqçisi bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, London klubu Anqe Postekoğlu ilə anlaşıb. 57 yaşlı avstraliyalı ilə müqavilə 4 illikdir. Mütəxəssis iyulun 1-də işə başlayacaq.

Bundan əvvəl Postekoğlu iki dəfə Şotlandiya çempionu olduğu “Seltik”ə rəhbərlik edib. 2022/23 mövsümündə o, klubu ilə “trebl” edərək, çempionluq, Şotlandiya Kuboku və Liqa Kubokunu qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43