Dünya futbolu

“Totti istəsə, müqavilə imzalayacaq”

“Roma”nın baş məşqçisi Lusiano Spaletti komandaın canlı əfsanəsi olan Françesko Tottinin gələcək karyerası haqda açıqlama verib.


İdmanxeber.com xəbər verir ki, 56 yaşlı mütəxəssis Tottinin “canavarlar”la yeni müqavilə imzalamaq istəyi özündən asılıdır:


“Əgər Totti oynamağa davam etsə, növbəti mövsüm üçün yeni müqavilə imzalayacaq. Totti ilə müqavilə imzalamağa ehtiyac da yoxdur. Çünki o, “Roma” ilə sevgi müqaviləsi imzalayıb”.


Qeyd edək ki, 40 yaşlı futbolçu 1993-cü ildən “Roma”da çıxış edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43