İdman

“Tour d’Azerbaidjan-2017”: 4-cü mərhələnin qalibi müəyyənləşdi

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun dördüncü mərhələsinə yekun vurulub.

Cari mərhələdə velosipedçilər Qəbələ-Ağsu-Pirqulu marşrutu üzrə hərəkət edərək 164 kilometr məsafə qət ediblər.

Finiş xəttini ilk keçən “İllumination” (ABŞ) komandasının üzvü Edvin Avila olub.

Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, “Synergy Baku” da daxil olmaqla 16-sı kontinental kollektivdir.

İştirakçılar sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43